İsrail ordusu Qəzza zolağında qəbiristanlığı dağıdıb

İsrail ordusu Qəzza zolağında qəbiristanlığı dağıdıb
Gündəm 17 Yanvar 2024 16:54

İsrail ordusunun tankları və buldozerləri Qəzza zolağının Xan Yunis şəhərində Nasser xəstəxanasının ətrafındakı qəbiristanlığı dağıdıb.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusunun tankları, buldozerləri və zirehli texnikası Nasser xəstəxanasının ətrafındakı ərazidən bir neçə yüz metr geri çəkilib.

Məlum olub ki, geri çəkilərkən ardınca böyük dağıntılar qoyan ordu bölgədəki qəbiristanlığı da dağıdıb.

Kənan

Sitat.info