Bakıdan Xırdalana metro nəzərdə tutulmur - Rəsmi

Bakıdan Xırdalana metro nəzərdə tutulmur - Rəsmi
Gündəm 16 Yanvar 2024 14:30

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur.

Sitat.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.

"Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - deyə o qeyd edib.