Bolqarıstan XİN başçısının Bakıya səfəri təxirə salındı

Bolqarıstan XİN başçısının Bakıya səfəri təxirə salındı
SİYASƏT 16 Yanvar 2024 13:45

Bolqarıstan xarici işlər naziri Mariya Qabrielin Azərbaycana növbəti həftəyə planlaşdırılmış səfəri təxirə salınıb.

Sitat.info xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl xanım nazir yanvarın 24-də keçiriləcək Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gələcəyini bildirmişdi.