Baş müşavir Lui Bono İrəvandadır

Baş müşavir Lui Bono İrəvandadır
Dünya 08 Yanvar 2024 14:50

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Məlumata görə, L.Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirib. Tərəflər görüş zamanı İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasına dair məsələləri müzakirə ediblər.