Braziliya millisinin baş məşqçisi açıqlanıb

Braziliya millisinin baş məşqçisi açıqlanıb
İdman 08 Yanvar 2024 10:05

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.

Sitat.info xəbər verir ki, bu posta "San Paulu" komandasından ayrılan Dorival Junior gətirilib.

61 yaşlı mütəxəssis yığmada işə başlayacağı üçün klubdakı postundan istefa verib. O, bu vəzifədə Fernando Dinisi əvəzləyəcək.