Bakıda avtomobilin şüşələri sındırılaraq salonu yandırılıb

Bakıda avtomobilin şüşələri sındırılaraq salonu yandırılıb
KRİMİNAL 07 Yanvar 2024 12:05

Bakı şəhərinin Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.