ABŞ-da B-1B bombardmançı təyyarəsi qəzaya uğrayıb

ABŞ-da B-1B bombardmançı təyyarəsi qəzaya uğrayıb
Gündəm 05 Yanvar 2024 12:29

ABŞ-ın Cənubi Dakota ştatında B-1B bombardmançısı qəzaya uğrayıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Sitat.info xəbər verir ki, Ellsworth Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamaya görə, hava qüvvələrinə məxsus "B-1B Lancer" bombardmançı təyyarəsi eniş zamanı yerə çırpılıb.

Yerli vaxtla saat 17:50-də baş verən qəzada 4 nəfərlik ekipajdan heç kim xəsarət almayıb.

Seymur Bənnayev

Sitat.info