Türkiyədə seçkilərə qatılacaq partiyaların sayı...

Türkiyədə seçkilərə qatılacaq partiyaların sayı...
Dünya 02 Yanvar 2024 17:36

Türkiyədə bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı bəlli olub.

Sitat.info xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yenər məlumat verib.

O bildirib ki, 36 siyasi partiya seçkilərdə iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 31 mart 2024-cü ildə keçiriləcək.