Bayden: Rusiya artıq NATO ölkələrini təhdid edir

Bayden: Rusiya artıq NATO ölkələrini təhdid edir
Dünya 30 Dekabr 2023 09:40

Rusiya-Ukrayna münaqişəsi Ukraynanın hüdudlarından kənara çıxır və NATO üçün təhlükə yaranır.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Bu, NATO-ya, Avropanın təhlükəsizliyinə və gələcək transatlantik münasibətlərə təsir edir. Rusiya bəzi NATO müttəfiqlərini təhdid edir”, - deyə Ağ Ev rəhbəri bildirib.

Dövlət rəhbərinin bu açıqlamasını şərh edən Rusiya mediası isə iddia edir ki, Bayden bu açıqlama ilə Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı almağı hədəfləyib.