İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldıldı

İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldıldı
Gündəm 29 Dekabr 2023 16:01

Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Əvvəllər isə bu müddət 30 ay idi.