Bərdədə iki uşaq atası gənc qızı evindən zorla qaçırdı - FOTO

Bərdədə iki uşaq atası gənc qızı evindən zorla qaçırdı - FOTO
KRİMİNAL 29 Yanvar 2022 19:32


Bu gün günorta saatlarında Bərdə rayonu, Mustafaağalı kənd sakini, 19 yaşlı Seyidli Cahan yaşadığı evdən 4 nəfər tərəfindən qaçırılıb.  

Sitat.info xəbər verir ki, qızın anası Gülnar Seyidova məlumat verib.

O bildirib ki, qızını qaçıran həmin kəndin sakini , hazırda evli olan 1983-cü il təvəllüdlü 2 uşaq atası olan Elçin Salahovdur. 

Ailə məsələ ilə bağlı Bərdə Rayon Polis İdarəsinə müraciət etsə də, hər hansı araşdırılma aparılmayıb: “ Bərdə rayonun polis bölməsinin tədqiqatçısı Röyal müəllimə müraciət etdik. Lakin qızımın qaçırılması ilə bağlı şikayətimə baxılmadı. Bizi isə arxayın saldı”.

Yaxınları deyir ki,  Seyidli Cahan hazırda Kətəlparaq kəndində gizlədilir. 

Sitat.info