Qəzzada 131 ölü və 209 yaralı Əqsa Şəhidləri Xəstəxanasına çatdırılıb

Qəzzada 131 ölü və 209 yaralı Əqsa Şəhidləri Xəstəxanasına çatdırılıb
Gündəm 25 Dekabr 2023 23:39

Sərhədsiz Həkimlər (MSF) İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrində Deyr əl-Belahda iki qaçqın düşərgəsini bombalaması nəticəsində 131 ölü və 209 yaralının Əqsa Şəhidləri Xəstəxanasına gətirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, MSF-nin X sosial media hesabında edilən açıqlamada, MSF həkim və işçilərinin yaralılara tibbi yardım və müalicə göstərdiyi bildirilib.

Açıqlamada deyilir: "Dünən Əl-Mağazi və Əl-Bureyc Qaçqın düşərgələrinin bombalanması nəticəsində indiyədək Əqsa Şəhidləri Xəstəxanasına 131 ölü və 209 yaralı gətirilib, gətirilənlərin təxminən yarısı qadın və uşaqlardır".

Seymur Bənnayev

Sitat.info