Paşinyan Rusiyaya getdi
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük işgüzar səfərə gedib.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb.
Bildirilib ki, Baş nazir dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.