Məşhur İT mütəxəssis Azərbaycana qayıdıb - Uğur Hüseyn kimdir?
Uğur Hüseyn Atif Oğlu.
2000-ci ildə Cəlilabad rayonunda anadan olub. 2006-cı ildə Cəlilabad rayonunun 2 saylı tam orta məktəbində ibtidai sinifə başlayıb. Mətkəb illərində olduqca enerjili, pozitiv olan Uğur Hüseyn, dərslərindən hər zaman yüksək qiymətlər alıb, öz yaşıdları arasında fərqlənməyi daim bacarıb.
Uğur Hüseynin uşaq vaxtlarından texnoloji alətlərə böyük marağı olub. Bunun nəticəsidir ki, bakalavr təhsilini "Ferdowsi University of Mashhad"də Texnoloji araşdırmaçı, İslam tədqiqatı ixtisası üzrə alıb. İranın Məşhəd Şəhərində yerləşən bu universitetdə 3 il 6 aylıq bakalavr təhsilindən sonra Azərbaycana qayıdan Uğur Hüseyn, hərbi xidmətə başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenə də müxtəlif beynəlxalq təlim və tədbirlərdə iştirak edib: Avropa Şurasının təşkil etdiyi bir sıra İT əsaslı inkişaf sahəsində təlimlər, onun bakalavr təhsilini təkmilləşdirməsinə böyük təkan verib.
Fars, Rus, İngilis və Türk dillərini mükəmməl bilən Uğur Hüseyn, hərbi xidməti başa vurduqdan sonra öz ixtisası üzrə fəaliyyət göstərməyə başlayıb. O, müxtəlif vaxtlarda bir sıra müəssisələrdə: İqtisadiyyat Nazirliyi Tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində, "Uber" Beynəlxalq Taksi Şirkətində Biznesin İnkişafı Üzrə Mütəxəssis vəzifəsində, "Azərcell Telekom" mobil operator şirkətində Qrup Rəhbəri, Nümayəndəliklərdə iş üzrə mütəxəssis, B2B satış üzrə mütəxəssis vəzifələrində çalışıb.
Uğur Hüseyn hazırda da İT sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyə və bu sahədə fəaliyyət göstərməyə davam edir.
Kənan
Sitat.info