Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı
Dünya 21 Dekabr 2023 16:13

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 250 bənd artıraraq 42,5%-ə qaldırıb.

Sitat.info xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, qərar Mərkəzi Bankın pul-kredit siyasəti üzrə komitəsinin keçirdiyi iclasında qəbul edilib.

Qeyd edək ki, noyabrda Mərkəzi Bank uçot dərəcəsini 35 faizdən 40 faizə qaldırmışdı.