Dəmir yolları süni intellekt sistemi ilə izlənəcək

Dəmir yolları süni intellekt sistemi ilə izlənəcək
Dünya 21 Dekabr 2023 14:25

Türkiyədə zərnişin və yük qatarlarına həftənin 7 günü 24 saat nəzarət etmək üçün monitorinq mərkəzi açılıb.

Sitat.info xəbər verir ki, mərkəzlə maşinistlərin diqqətsizliyi, yorğunluğu kimi hallar aşkar edilə bilər. Bununla da lazım olduqda maşinistlərə xəbərdarlıq ediləcək.

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu deyib: "Bununla dəmir yollarının təhlükəsizvə vaxtında işləməsi üçün daha çox məlumat əldə ediləcək" 

Qeyd edək ki, artıq Ankarada qatarların monitorinqi və koordinasiya mərkəzi açılıb.

Seymur Bənnayev 

Sitat.info