Səsvermə günü kimsə ölsə... – Pənahov

Səsvermə günü kimsə ölsə... – Pənahov
Gündəm 16 Dekabr 2023 17:43

Ədliyyə Nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək.

Sitat.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, layihə sayəsində, nəinki seçkilərə qədər, hətta səsvermə günü belə kimsə dünyasını dəyişsə, dərhal məlum olacaq:

“Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”.