MSK jurnalistlərə xüsusi mükafat verəcək

MSK jurnalistlərə xüsusi mükafat verəcək
Gündəm 16 Dekabr 2023 16:30

Mərkəzi Seçki Komissiyası (MSK) jurnalistlərə xüsusi mükafat verəcək.

Sitat.info xəbər verir ki, bu barədə MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.