Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü

Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü
SİYASƏT 16 Dekabr 2023 12:51

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Report-a o özü məlumat verib.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.