Müharibə qəhrəmanının qohumuna vəzifə verildi
Quba şəhər Uşaq İncəsənət Məktəbinin (UİM) direktoru işdən çıxarılıb.
Sitat.info xəbər verir ki, məktəbin direktoru Mirkazım Cəfərov dövlət işində işləmənin son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
M.Cəfərovun yerinə UİM-in Rəssamlıq şöbəsinin müdiri Sadıq Məmmədov təyin olunub.
Qeyd edək ki, Sadıq Məmmədov Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin bacısının əridir.