Əhalinin sayı açıqlandı

Əhalinin sayı açıqlandı
Gündəm 15 Dekabr 2023 13:49

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Sitat.info xəbər verir ki, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.