Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq

Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq
Gündəm 14 Dekabr 2023 12:19

Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar quraşdırılıb.