Ramiz Mehdiyevin professor qudası öldü

Ramiz Mehdiyevin professor qudası öldü
Gündəm 13 Dekabr 2023 13:59

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri professor İsmayıl Sadıqov vəfat edib.

Sitat.info xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Məlumatı AzMİU-nun mətbuat katibi Nicat Abdullayev təsdiqləyib.

Xatırladaq ki, İ.Sadıqov PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin qudasıdır.