İsrailin Qəzzaya haubitsalarla hücumları lentə alınıb

İsrailin Qəzzaya haubitsalarla hücumları lentə alınıb
Gündəm 12 Dekabr 2023 19:42

İsrail ordusu blokadada olan Qəzza zolağını havadan və qurudan bombalamağa davam edir.

Sitat.info xəbər verir ki, İsrailin Qəzza sərhədinin müxtəlif nöqtələrində yerləşdirilən haubitsalar yerdən, döyüş təyyarələri və helikopterlər isə havadan hücumlarını davam etdirir.

Anadolu Agentliyi (AA) qrupu İsrail ordusunun haubitsalarının Qəzzaya hücum etdiyi anları lentə alıb.

Nahal Öz bölgəsi yaxınlığında yerləşən haubitsaların fasilələrlə Qəzza zolağına dəydiyi və bombardmandan sonra Qəzza zolağından tüstü qalxdığı görülüb.

Kənan

Sitat.info