YAP-ın prezident seçkilərində namizədi o olacaq

YAP-ın prezident seçkilərində namizədi o olacaq
SİYASƏT 12 Dekabr 2023 10:33

Hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

Sitat.info xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

Tahir Budaqov qeyd edib ki, iclasın vaxtı yaxın günlərdə açıqlanacaq.