Husilər Norveç tankerini vurdu - Video

Husilər Norveç tankerini vurdu - Video
Gündəm 12 Dekabr 2023 10:47

Yəməndəki husi qruplaşması Bab-əl-Məndəb boğazında Norveçin “Strinda” tankerinə gəmi əleyhinə qanadlı raket atıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Zərbə nəticəsində gəmidə yanğın baş verib. Məlumata görə, itki yoxdur.

CENTCOM ABŞ-ın “USS Mason” esminesinin tankerə köməyə getdiyini bildirib.