Stadiona Xankəndi yazıldı - Foto

Stadiona Xankəndi yazıldı - Foto
Gündəm 12 Dekabr 2023 10:29

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri sürətlə davam edir.

Sitat.info xəbər verir ki, tribunalarda yeni oturacaqların çox hissəsi artıq quraşdırılıb.

Artıq stadionda tribunanın üzərinə Xankəndi sözləri də yazılıb.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” - MOİK matçının məhz bu stadionda keçirilməsi gözlənilir. Oyun dekabrın 21-də keçiriləcək.