Bakıda 60 yaşlı kişi dəm qazından öldü
Bakıda 60 yaşlı kişi yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Sitat.info xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Əşrəf Dadaş oğlu Hacağayev Binəqədi rayonundakı mənzilində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.