Hizbullah İsrailin 4 hərbi məntəqəsinə hücum edib

Hizbullah İsrailin 4 hərbi məntəqəsinə hücum edib
Gündəm 05 Dekabr 2023 19:24

Livandakı Hizbullah Hərəkatı İsraillə sərhəddəki 4 hərbi məntəqəyə hücum təşkil etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Hizbullah Livanın cənubundan İsrailə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.

Açıqlamada sərhəddə yerləşən Bayad Blida, Zibdin, Tahyat Üçbucağı və Ruveysat əl-Asi İsrail hərbi məntəqələrinə idarə olunan raketlər və müvafiq silahlarla hücum edildiyi bildirilib.

Kənan

Sitat.info