Bakının mərkəzində su kəsilib - QƏZA

Bakının mərkəzində su kəsilib - QƏZA
SOSİAL 08 Aprel 2022 10:23

Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar aprelin 8-də Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə SİTAT.İNFO-ya “Azərsu” -dan bildirilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

SƏİD,

Sitat.info