Həmyerlimiz Rusiyadakı vəzifəsindən istefa verdi

Həmyerlimiz Rusiyadakı vəzifəsindən istefa verdi
Gündəm 04 Dekabr 2023 16:15

Nazim Əfəndiyev Rusiyanın “Metalloinvest” şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bundan sonra Direktorlar Şurasına rəhbərlik edəcək.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, onu Oleq Krestinin əvəzləyəcək.

Qeyd edək ki, Nazim Tofiq oğlu Əfəndiyev 1963-cü ildə Bakıda anadan olub. N.Əfəndiyev 2020-ci ildə “Metalloinvest” MMC İdarəetmə Şirkətinin baş direktoru təyin olunmuşdu.

//Axar.az