Bakıdan 6-cı təklifə cavab almamışıq - Səfəryan

Bakıdan 6-cı təklifə cavab almamışıq - Səfəryan
Gündəm 04 Dekabr 2023 13:58

Rəsmi Bakı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin son təkliflərinə hələ ki, cavab verməyib.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

“Cavab aldıqda ictimaiyyətə məlumat verəcəyik”, - o bildirib.

Qeyd edək ki, noyabrın 21-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün altıncı təklifini göndərib.