ABŞ ordusu İrana bağlı 5 silahlını məhv etdi

ABŞ ordusu İrana bağlı 5 silahlını məhv etdi
Gündəm 04 Dekabr 2023 13:44

ABŞ tərəfindən həyata keçirildiyi ehtimal edilən hava zərbələri nəticəsində Kərkük şəhəri yaxınlığında İrana bağlı 5 silahlı öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” iraqlı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, öldürülənlər Amerikanın İraqdakı hərbi bazasına hücuma hazırlaşdıqları vaxt zərərsizləşdiriliblər.

ABŞ ordusu bununla bağlı rəsmi açıqlama verməyib.