Türkiyə ordusu 2 terrorçunu məhv etdi

Türkiyə ordusu 2 terrorçunu məhv etdi
Gündəm 04 Dekabr 2023 11:29

Türkiyə ordusu Mardin çöllərində “Qəhrəmanlar-32” əməliyyatını davam etdirir.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Mardin vilayətinin Dargeçit rayonunun Alayurt çölündə həyata keçirilən “Qəhrəmanlar-32” əməliyyatında biri qırmızı kateqoriyada olmaqla, 2 terrorçu məhv edilib”, - məlumatda qeyd edilib.