Zelenski Zalujnını vəzifədən azad edərsə… - NBC

Zelenski Zalujnını vəzifədən azad edərsə… - NBC
Gündəm 04 Dekabr 2023 09:00

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün böyük zərbə olacaq.

Sitat.info xəbər verir ki, bu barədə “NBC Nyus”da dərc edilən məqalədə bildirilib.

Məqalə müəllifləri qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifəsindən azad edilməsi “avtoritarizm haqqında” tezisin növbəti təsdiqi olacaq.

Qeyd edək ki, bundan öncə Kiyev meri Kliçko da Zelenskini avtoritarizmə meyillənməkdə ittiham etmişdi.