BMT: Fələstindəki səhiyyə müəssisələrinə edilən hücumlardan narahatıq
Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstində həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilində səhiyyə müəssisələrinə edilən hücumlardan narahatlığını ifadə edib.
Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Güjarrik deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 7 oktyabrdan bəri Qəzza zolağında 203, İordan çayının qərb sahilində isə 224 hücum olduğunu açıqlayıb.
"Sözügedən hücumlarla bağlı narahatlığımızı ifadə etdik. Səhiyyə müəssisələri heç vaxt qarşıdurmada istifadə edilməməlidir", - Düjarrik deyib.
Seymur Bənnayev
Sitat.info