Nazarbayev ikinci ailəsi haqda ilk dəfə yazdı

Nazarbayev ikinci ailəsi haqda ilk dəfə yazdı
Gündəm 30 Noyabr 2023 15:45

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı memuarında ilk dəfə ikinci ailəsindən bəhs edib.

Sitat.info xəbər verir ki, bu barədə “Orda.kz” portalı məlumat yayıb.

Kitabda Nazarbayevin ikinci xanımı - Asel İsabayeva ilə evliliyi və iki oğlu barədə etiraflar var.

“Biz müsəlman adətləri ilə evlənmişik. Bu evlilik mənə iki uşaq – iki şərəfli oğlan verdi. Tauman 2005-ci, Bayken isə 2008-ci ildə anadan olub”, - Nazarbayev bildirib.

Hətta Nazarbayevin 1962-ci ildə evləndiyi Sara adlı ilk xanımı da keçmiş prezidentin ikinci ailəsi barədə məlumatlı olub.

Nəşrin məlumatına görə, kitab tezliklə satışa çıxarılacaq. Hələlik ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər əldə ediblər.