Təhlükəsizlik Şurasının katibi xidmətinə şöbə müdiri təyin edildi

Təhlükəsizlik Şurasının katibi xidmətinə şöbə müdiri təyin edildi
SİYASƏT 29 Noyabr 2023 19:05

İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.