İrəvandan Kremlə sərt təpki: İxracın qarşısını aldığına görə görün nə etdilər...
Ermənistan kənd təsərrüfatı məhsullarının ixracının qarşısını aldığını əsas gətirərək Rusiyanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) münasibətini gündəmə gətirib.
Erməni istehsalçılarının Aİİ qaydalarına və keyfiyyətinə güzəştə getmədiyini əsas gətirən Kerobyan Rusiyaya məhsul aparan yük maşınlarının sərhəd qapısından geri göndərildiyini bildirib.
Rusiya Qida Təhlükəsizliyi Təşkilatının (Rosselxoznadzor) münasibətini araşdırdıqlarını ifadə edən Kerobyan deyib ki, çox maraqlıdır, Rusiya bir il ərzində cəmi 35 erməni TIR-dan imtina edib. Onların da eyni sayda avtomobili yoldan keçməyib.
Aİİ-nin fövqəladə iclasının iki gündən sonra keçiriləcəyini deyən Kerobyan sərhəddə Ermənistan məhsulları daşıyan çoxlu yük maşınlarının gözlədiyini bildirib
Rusiya Qida Təhlükəsizliyi Təşkilatının verdiyi açıqlamada Ermənistandan yoluxmuş məhsulların tədarükündə kəskin artım olduğu və Ermənistandan tədbir görməsini xahiş etdiyini bildirilib.
Ayna,
Sitat.info