Rusiya bu ölkənin BMT TŞ-yə daimi üzvlüyünü dəstəkləyir

Rusiya bu ölkənin BMT TŞ-yə daimi üzvlüyünü dəstəkləyir
Gündəm 27 Noyabr 2023 14:40

Rusiya Braziliyanın müstəqil xarici siyasətini yüksək qiymətləndirir və bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyir.

Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 195 illiyinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı deyib.

“Biz BMT və onun Təhlükəsizlik Şurasında səmərəli və konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstəririk”, - o bildirib.