Azərbaycan Ukraynaya minatəmizləmə maşını verdi

Azərbaycan Ukraynaya minatəmizləmə maşını verdi
Gündəm 25 Noyabr 2023 09:15

Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

Sitat.info xəbər verir ki, məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb.

“Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, - məlumatda bildirilib.

Bundan başqa, məlumatda avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də vurğulanıb.