Qəzzada İsrail tərəfindən öldürülən onlarla fələstinlinin çürümüş cəsədləri tapılıb

Qəzzada İsrail tərəfindən öldürülən onlarla fələstinlinin çürümüş cəsədləri tapılıb
Gündəm 24 Noyabr 2023 18:04

İsrail və Həmas arasında humanitar sülhün başlaması ilə evlərinə qayıtmaq üçün yola çıxan fələstinlilər Qəzza zolağının şimalında yollarda onlarla çürümüş cəsədlə qarşılaşıblar.

Sitat.info xəbər verir ki, AA müxbirinə danışan fələstinli şahidlər Qəzza şəhərinin qərbində evlərinə dönərkən İsrail ordusu tərəfindən öldürülən onlarla fələstinlinin cəsədini Ər-Rəşid küçəsində tapdıqlarını bildiriblər.

Çürümüş cəsədlərin bir neçə həftə əvvəl cənuba köçmək məcburiyyətində qalan fələstinlilərə aid olduğu qeyd edilib.

Kənan

Sitat.info