Qətər: Qəzzada humanitar fasilə yerli vaxtla saat 07:00-da başlayacaq

Qətər: Qəzzada humanitar fasilə yerli vaxtla saat 07:00-da başlayacaq
Gündəm 23 Noyabr 2023 21:36

Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında Qəzzada qarşıdurmada humanitar fasilənin cümə günü yerli vaxtla saat 07:00-da başlayacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, Paytaxt Dohada keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Həmas ilə İsrail arasında razılaşdırılan humanitar müvəqqəti proses və məhbusların azadlığa buraxılması barədə məlumat verib.

Ensari, razılaşma çərçivəsində qarşıdurmalarda humanitar fasilənin cümə günü yerli vaxtla saat 07:00-da başlayacağını və ilk məhbus mübadiləsinin həmin gün saat 16:00 radələrində həyata keçiriləcəyini bildirib.

Kənan

Sitat.info