Bakının “sərhəddə görüşək” təklifinə İrəvandan cavab

Bakının “sərhəddə görüşək” təklifinə İrəvandan cavab
SİYASƏT 22 Noyabr 2023 15:50

Ermənistan bütün variantları müzakirə edir.

Sitat.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Bakının sərhəddə və regional məkanlarda sülh danışıqları ilə bağlı görüşün keçirilməsi təklifini şərh edərkən bildirib.

“Ermənistan mövqeyi belə məsələlərdə konstruktivlikdən də artıqdır. Azərbaycan tərəfinin cəsarətli addımlar atmağa qərar verməsini gözləyirik”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrəvana sülh prosesini müzakirə etmək üçün sərhəddə görüş keçirməyə dəvət edib.