Hizbullah İsrailin hərbi zavodunu vurub

Hizbullah İsrailin hərbi zavodunu vurub
Gündəm 21 Noyabr 2023 23:33

Hizbullah İsrail qüvvələrinə qarşı hücumları ilə bağlı açıqlama verib.

Bildirilib ki, Livanın Nəbatiya vilayətinin Kefur bölgəsindəki alüminium fabrikinə İsrailin hücumuna cavab olaraq, Hizbullah da İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti Rafaelin fabrikini raketlərlə hədəfə alıb.

Hücumdan sonra fabrikdə yanğının başlayıb. 

Hizbullah başqa bir açıqlamada İsrailin Beytül-Helil hərbi məntəqəsinin Katyuşa raketi ilə vurulduğunu, Avivim qəsəbəsində bir evdə olan əsgərlərin isə idarə olunan raketlə vurulduğunu açıqlayıb.

Məğrur, 

Sitat.info