İsrail daha bir xəstəxananı mühasirəyə aldı

İsrail daha bir xəstəxananı mühasirəyə aldı
Gündəm 17 Noyabr 2023 10:25

İsrail ordusu İordan çayının qərb sahilinin Cenin şəhərindəki İbn Sina xəstəxanasını mühasirəyə alıb.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələri xəstəxananın boşaldılmasını tələb ediblər.

Xəstəxana həkimləri isə hərbçilərin tələblərini yerinə yetirməkdən imtina ediblər.