İƏT İsrail ordusunun Şifa xəstəxanasına basqını pisləyib

İƏT İsrail ordusunun Şifa xəstəxanasına basqını pisləyib
Gündəm 15 Noyabr 2023 18:14

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail ordusunun Qəzza zolağında Şifa xəstəxanasına basqını pisləyib.

Sitat.info xəbər lenti kimi, İƏT-in verdiyi yazılı açıqlamada İsrail ordusunun Şifa xəstəxanasını işğal etməsinə reaksiya verilib.

Açıqlamada, İsrailin Şifa xəstəxanasına basqını, Qəzzada xəstəxanaları mühasirəyə alması, xəstəxanaların elektrik və yanacağını kəsməsi, tibb işçilərini, qaçqınları, xəstə və yaralıları, vaxtından əvvəl doğulmuş körpələri hədəfə aldığı bildirilib.

Seymur Bənnayev

Sitat.info