Bayden Rusiyaya bunu da QADAĞAN ETDİ

Bayden Rusiyaya bunu da QADAĞAN ETDİ
SİYASƏT 07 Aprel 2022 09:00

ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sərmayələri qadağan edən fərman imzalayıb.

Lent.az-ın TASS-a istinadla xəbərinə görə, qərarın mətnini Ağ Evin mətbuat xidməti yayıb.

Qərarda göstərilir ki, ABŞ-dan Rusiyaya bir sıra xidmətlərin ixracı, təkrar ixracı və ya dolayı yolla ixracı qadağan edilir. Bu xidmətlərin siyahısını Maliyyə nazirliyi digər qurumlarla razılaşaraq tərtib edir.

Bundan başqa, fərmanla Rusiyaya bütün növ yeni sərmayələr də qadağan edilib.