Bu türk ölkəsi İraqa qaz tədarük edəcək

Bu türk ölkəsi İraqa qaz tədarük edəcək
Gündəm 13 Noyabr 2023 14:45

Türkmənistan İrandan tranzitlə İraqa qaz tədarük etməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, “Türkmənqaz”ın rəhbəri ilə İraqın energetika naziri arasında qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalanıb.

Sənədə əsasən, beş il ərzində “svop” sxemi üzrə İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək.