Ermənistan və İtaliya Baş Qərargah rəisləri görüşdü

Ermənistan və İtaliya Baş Qərargah rəisləri görüşdü
Gündəm 09 Noyabr 2023 17:45

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan İrəvanda italiyalı həmkarı admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər iki ölkə arasında gələn il üçün nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.